Azərbaycan, Bakı / Trend / Rusiyanın "Polyot" aviaşirkəti Voronej-Bakı marşrutu ilə yeni aviareys açıb. Bu barədə şirkətin yaydığı məlumatda bildirilir. Uçuşlar cümə günləri SAAB-2000 markalı təyyarələrlə həyata keçirilir.
Dünya bazarında "Ruslan" təyyarələri yük daşımaları həyata keçirən şirkət kimi tanınan "Polyot" son zamanlar MDB ölkələrinə bir neçə yeni reys açıb. Şirkətin sərnişin təyyarələri indi Qazaxıstan, Ukrayna və digər ölkələrə uçuşlar həyata keçirir. İyulda Belarusa da reyslər açılacaq.