Azərbaycan, Baku /müx. Trend S.Babayeva/ 1 iyun tarixində Azərbaycanda yaz əkini 403,1 min hektar torpaq sahəsini əhatə ebib ki, bu da 2006-cı ilin analoji dövründən 13 min hektar çoxdur.
Bazar günü Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, dənli bitklərin əkin sahəsi (qapğıdalı istisna olmaqla) 20,3 hektar (2006-ci ilin yanvar -may aylarından 3,4 min hektar çox), qarğıdalı 33 min hektar (730 hektar), kartof 67 min hektar (170 hektar), tərəvəz 83 min hektar (6,3 min hektar), bostan bitkiləri 32 min hektar, yonca 75,3 min hektar (27 min hektar) təşkil edib.
2006-cı ildə ölkədə dənli bitkilərin istehsalı 27 miq ton, katof 999 min ton, tərəvəz 1,1 min ton, pambıq 130 min ton təşkil edib.