...

Garadagh Cement sərməyadarlarının illik toplantısını keçirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 İyun 2007 14:34 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Ü.İsmayılova/ İyunun 22-də Azərbaycanda klinker və onun əsasında sementin yeganə istehsalçısı olan Garadagh Cement ASC sərmayədarlarının illik toplantısını keçirib.

Şirkətin mətbuat xidmətindən verilən məlumata görə, toplantıda sərmayədarlara 2006-cı il və 2007-ci ilin birinci rübü üzrə dividendlərin ödənilməsi haqda qərar qəbul edilib.

Qərara əsasən müşahidə şurası və audit komitəsinə yeni üzvlər seçilib.

1999-cu ildə Azərbaycanda fəaliyyətə başlayan İsveçərinin Holcim Group şirkəti Qaradağ Sement zavodu ilə respublikanın daxili bazarında böyük uğura imza atıb.

Hazırda müəssisənin məhsulu Azərbaycanda gerçəkləşdirilən iri layihələrdə, o cümlədən qlobal enerji layihələrində geniş istifadə olunur.

Xəbər lenti

Xəbər lenti