...

Qaradağ sement zavodunda istilik enerjisi alınmasının pilot texnologiyası tətbiq olunacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 İyul 2007 15:22 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / Qaradağ sement zavodunun əsas səhmdarı olan "Holcim" şirkəti sement istehsalı zamanı istilik enerjisi almaq üçün müxtəlif növ tullantıların yandırılması ilə bağlı pilot texnologiyasından istifadə edəcək. Bu barədə Azərbaycanın Sənaye və Energetika Nazirliyindən məlumat verilib.

Sement istehsalı zamanı alternativ yanacaq növlərindən istifadə texnologiyası ilə tanışlıq və həmin texnologiyaların Azərbaycanda tətbiqi məsələsi Azərbaycan Sənaye və Energetika Nazirliyinin İnvestisiya və sənaye obyektlərinin yenidənqurulması şöbəsinin müdiri Ramiz Rzayevin İspaniyaya səfəri zamanı nəzərdən keçirilib. Şirkətin dəvəti ilə nazirliyin nümayəndəsi İspaniyada şirkətə məxsus olan zavodlarda sement istehsalı ilə tanış olub.

"Holcim" şirkətinin dünyada ümumilikdə 300 sement zavodu fəaliyyət göstərir. Şirkətin İspaniyada 6 sement zavodu var. Həmin zavodlarda istilik enerjisinin mənbəyi kimi müxtəlif növ tullantıların (işlənmiş yağ, köhnə maşın təkərləri, plastmas tullantılar və s.) yandırılması üsulundan istifadə olunur.

Xəbər lenti

Xəbər lenti