...

YapiCrediBank Azerbaijan iyun ayında diler əməliyyatlarının lideri olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 İyul 2007 20:45 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / İyun ayında dövlət qiymətli kağızlar bazarında (repo-əməliyyatlar bazarı istisna olmaqla) sövdələşmələrin həcminə görə dilerlərin renkinqinə əməliyyatların ümumi dəyəri 33,562 mln. manat olmaqla "YapiCrediBank Azerbaijan" başçılıq edib. Bu barədə Bakı Fond Birjasının cümə günü yaydığı məlumatda göstərilib. İkinci yerdə birincidən 2,155 mln. manat az, 31,408 mln. manat dəyərində diler əməliyyatları aparmış Unibank olub. Üçüncü mövqedə isə 16,472 mln. manat diler əməliyyatları ilə AzerTurkBank qərarlaşıb.

İyun ayında dilerlərin renkinqində birinciliyə iddia edənlərin may ayı ilə müqayisəsində vəsaitin həcmi azalıb. May ayında liderlik edən diler əməliyyatlarının həcmi 39,051 mln. manat təşkil edib. Bundan əlavə iyun ayında əməliyyat aparan şirkətlərin sayı altıdan beşə qədər azalıb.

2007-ci ilin iyun ayında DQK bazarında əməliyyatların həcminə görə dilerlərin renkinqi:

Əməliyyatların həcminə görə yeri Əməliyyatların həcminə görə yeri Dilerlərin adı Əməliyyatların həcmi (AZN)
2 1 (^) YapiCrediBank 33.562.239,74
1 2 (Ў) UniBank 31.407.579,36
5 3 (^) AzerTurkBank 16.471.703,16
3 4 (Ў) Bank of Baku 12.614.641,04
4 5 (Ў) "AtaBank 10.562.239,74

- May 2007 - İyun 2007

Xəbər lenti

Xəbər lenti