Azərbaycan, Bakı /müx. Trend S.Əliev/ Cümə axşamı Gəncə zavodunun direktoru Xanlar Fatiyevin verdiyi məlumata görə, Gəncə avtomobil zavodu cumə günü Minsk traktor zavodu ilə bağlanmış müqavilə çərçivəsində üç yeni modifikasiyalı traktorun quraşdırılması niyyətindədir. Müəssisədə Belarus 895, Belarus 1025 və Belarus 80X traktorlarının (taxıl yığımı üçün) quraşdırılmasına başlanacaq.
İlin birinci yarısında müəssisədə 150 traktor quraşdırılıb.
Traktorların dəyəri 13 min manatdan 35 min manatadəkdir. Minsk avtomobil və traktor zavodlarının istehsalı olan yük avtomobillərinin və traktorlarının bütün növlərinin Azərbaycanda yığılması və satılması üzrə müqavilə 2006-cı il noyabrın sonunda Minskdə imzalanıb. Yığılma ərazisi 15 min kvadratmetr olan sahədə aparılır.
Gəncə zavodu Azərbaycanda il ərzində 1000-ə yaxın yük maşını və 2000 traktor yığmaq gücünə malikdir.
Buraxılan məhsulun daimi monitorinqini aparan Minsk avtomobil zavodunun mütəxəssisləri bildirirlər ki, məhsul Belarus müəssisəsində buraxılan məhsulların standartlarına və keyfiyyətinə cavab verir.