...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Xızıda əmək yarmarkası keçirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 İyul 2007 13:14 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend S.Babayeva/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin baş məşğulluq idarəsindən bazar ertəsi verilən məlumata görə, nazirlik Xızı rayonunda əmək yarmarkası keçirir. Bu nazirliyin ilin əvvəlindən bəri keçirdiyi sayca 15-ci əmək yarmarkasıdır. Tədbirin yekunları günün ikinci yarısında müəyyən olacaq. İlin əvvəlindən bəri nazirlik Naxçıvan Muxtar Respublikası da daxil olmaqla Azərbaycanın 14 şəhər və kəndində əmək yarmarkası təşkil edib, 1053 nəfər işə qəbul olunub. Hazırlıq kurslarına 125 nəfər, ödənişli ictimai işlərə isə 120 nəfər cəlb olunub. Yarmarkalarda iştirak edən şirkətlərin sayı 474, onların təqdim etdiyi vakant yerlərin sayı isə 4658 təşkil edib.

2006-cı ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Naxçıvan Muxtar Respublikası da daxil olmaqla Azərbaycanın müxtəlif regionlarında 40-dan çox əmək yarmarkası keçirib. Nəticədə 7,8 min nəfər işlə təmin olunub.

Xəbər lenti

Xəbər lenti