...

Beynəlxalq Sığorta Şirkəti yeni sığorta məhsulları hazırlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 İyul 2007 17:28 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Ü.İsmayılova/ Beynəlxalq Sığorta Şirkəti (BSŞ) sığortanın bir neçə növü üzrə sığorta məhsulları işləyib hazırlayıb. Şirkətin məlumatınlda bildirilir ki, BSŞ ucuz və tez rəsmiləşdirilən sığorta məhsulları təklif edir:

-"İstirahət günü" (avtomobilin istirahət və bayram günləri üçün sığortası),

-"İnamlı sürücü" (avtomobillərin yalnız böyük itkilərdən sığortası),

-"Birinci" (avtomobillərin yalnız bir sığorta halı üçün sığortası),

-"Diqqətli sürücü" (qəza sığorta olunanın günahı ücbatından baş vermədiyi təqdirdə avtomobillərin sığortası).

Şirkət həmçinin əmlakın sığortası üçün bir neçə proqram işləyib hazırlayıb. Bu məhsullar yenidir və Azərbaycanın sığorta bazarında analoqu yoxdur. Bu məhsullardan birini əldə etməklə "klassik" sığorta ilə müqayisədə endirim əldə etmək olar.

Xəbər lenti

Xəbər lenti