...

Azərbaycan Maliyyə Nazirliyi qısamüddətli dövlət istiqrazlarını yerləşdirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Avqust 2007 15:25 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Bakı Fond Birjasında həcmi 3 mln. manat olan Maliyyə Nazirliyinin 10303315S seriyalı qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi keçirilib. Bu barədə birjanın yaydığı məlumatda deyilir. Bir istiqrazın nominal dəyəri - 200 manat, tədavül müddəti 182 gündür.

Sifarişlər 9 investor tərəfindən təqdim olunub. Onların nominal üzrə ümumi məbləği 7 739 800 manat təşkil edib. Sifarişlər 94.35 faiz (gəlirlilik 12.01 faiz) və 95.07 faiz (gəlirlilik 10,40%) qiymət intervalında təqdim edilib.

İstiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə qiyməti - 95.03% (gəlirlilik 10.49%) Maliyyə Nazirliyi tərəfindən müəyyən edilib. Orta ölçülmüş qiymət 95.06% (gəlirlilik 10.42%) təşkil edib.

İstiqrazların nominal üzrə reallaşdırılmış həcmi 3 mln. manat təşkil edib, buraya 252 400 manat məbləğində qeyri-rəqabətli sifarişlər də daxildir. İstiqraz vərəqələrinin ödəmə tarixi 05 fevral 2008-cı ildir.

Xəbər lenti

Xəbər lenti