...

"Texnikabank" faizsiz adlı sənədsiz istiqrazların emissiya prospektini qeydə alıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Avqust 2007 19:50 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən "Texnikabank" ASC-nin faizsiz adlı sənədsiz istiqrazlarının emissiya prospekti qeydə alınıb. Emissiyanın həcmi 18 000 000 ABŞ dolları təşkil edir, bir istiqrazin nominal dəyəri 1000 ABŞ dollarıdır.

Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə Bakı Fond Birjası vasitəsi ilə keçiriləcək. İstiqrazların yerləşdirilməsində anderrayter vəzifəsində çıxış edən təşkilat "Texnika Kapital Menecment" MMC-dir.

Xəbər lenti

Xəbər lenti