...

"ABB-Gürcüstan" avqustun sonuna qədər Bakı-Tiflis-Qars dəmir yolunun Gürcüstan hissəsinin tikintisini maliyyələşdirməyə başlayacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Avqust 2007 20:54 (UTC +04:00)
"ABB-Gürcüstan" avqustun sonuna qədər Bakı-Tiflis-Qars dəmir yolunun Gürcüstan hissəsinin tikintisini maliyyələşdirməyə başlayacaq

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova/ Azərbaycan Beynəlxalq Bankının Gürcüstan filialı bir həftə müddətində Bakı-Tiflis-Qars marşrutu üzrə dəmir yolunun Gürcüstan hissəsinin tikintisi ilə bağlı ilkin işlərin maliyyələşdirilməsinə başlayacaq. Bu barədə çərşənbə günü "ABB-Gürcüstan"ın baş direktoru Samir Vəliyev bildirib. Xərclər dəmir yolunun Gürcüstan-Türkiyə sərhədinə qədər hissəsinin tikintisinə cavabdeh olan "Marabda-Katsaxi" MMC-nin formalaşdırılması və tikintinin başlanılması ilə əlaqədar tələb olunur.

Vəliyevin sözlərinə görə, maliyyələşdirmə Azərbaycanın Dövlət Neft Fondundan vəsaitlərin köçürülməsindən sonra başlaya bilər ki, bu vəsaitlərin də bir həftə sonra alınması gözlənilir. ARDNŞ bu layihəyə köçürmələri lazımı işlərə sorğu üzrə edəcək.

Dövlət Neft Fondundan təsdiq ediblər ki, hazırda bu layihəyə vəsaitlər ayrılmayıb. ARDNF Bakı-Tiflis-Qars marşrutu üzrə dəmir yolunun Gürcüstan hissəsinin çəkilməsinə 200 mln. dollar ayırmağı planlaşdırır. Bu vəsaitlərin bir hissəsi - 50 mln. dolları 2007-ci ildə ayrılacaq.

Tikintinin başlanılkması mərasimi sentyanbrın 20-nə planlaşdırılıb. Real olaraq işlər isə bundan sonra bşalaya bilər. Belə ki, hələ Gürcüstanadan keçəcək yolun tikintisi üzrə podratçı müəyyən olunmayıb.

Türkiyənin Yuksel Domonik şirkətli iyun ayında tam texniki sənədləşmə zərfini, həmçinin layihənin texniki iqtisadi əsaslandırılmasını hazırlayıb.

Müvvəkil bank qismində Azərbaycan Beynəlxalq Bankı seçilib. Vəsaitlər bankın Gürcüstan filialı vasitəsilə köçürüləcək.

Hazırda Azərbaycan prezidentinin "Bakı-Tiflis-Qars yeni dəmir yolu layihəsinin həyata keçirilməsi çərçivəsində tədbirlə haqqında"sərəncamına əsasən nəqliyyat naziri Ziya Məmmədovun rəhbərliyi ilə dövlət komissiyası yaradılıb.

Nəqliyyat Nazirliyində qeyd ediblər ki, vəsaitlərin ayrılması müvəkkil Azərbaycan Beynəlxalq Bankı vasitəsilə Azərbaycan Dövlət Neft Fondu tərəfindən həyata keçiriləcək.

Bütün maliyyə məsələləri bu qurumlar tərəfindən həll olunur.

Xəbər lenti

Xəbər lenti