...

Bakıda Moskva Günləri keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Avqust 2007 16:53 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxir İ.Xəlilova / Oktyabrın birinci dekadasında Bakıda Moskva Günləri ilə əlaqədar olaraq kompleks tədbirlərin keçirilməsi planlaşdırılır. Çərşənbə axşamı Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Yuri Şedrinin bu haqda məlumat verib.

"Bu günlərdə bir sıra iqtisadi, humanitar və mədəni tədbirlərin keçirilməsi nəzərdə tutulur" - deyə ticarət nümayəndəsi bildirib.

Moskvadan olan nümayəndə heyətinə Moskva merinin birinci müavini, paytaxtda sosial sahə kompleksinin rəhbəri Lyudmila Şvesova başçılıq edəcək. Nümayəndə heyətinin tərkibinə Moskvanın biznes və iqtisadi dairələrinin təmsilçiləri də daxil olacaq.

"RF-nin subyektləri arasında Moskva aparıcı tərəfdaşlardan biridir, bu şəhərə Rusiyanın ticarət dövriyyəsinin üçdə bir hissəsi məxsusdur" - deyə Şedrin bildirib.

2006-cı ilin yekunlarına əsasən Moskva və Azərbaycan arasında xarici ticarət dövriyyəsi 465 mln. dollar təşkil edib.

Moskva daha çox Azərbaycandan meyvə-tərəvəz idxalına maraq göstərir və görüş zamanı hökumətlər maneəsiz daşınma üçün lazımi şəraitin yaradılmasını müzakirə edəcəklər.

Xəbər lenti

Xəbər lenti