...

"Bank Respublika"nın aktiv kartlarının sayı 17 mini ötüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Avqust 2007 20:44 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / "Bank Respublika"nın fəal plastik kartlarının sayı 2007-ci ilin əvvəlindən 64 faiz artaraq 17 min ədədi ötüb. İlin əvvəli ilə müqayisədə banlın aktiv kartlarının artımı 6 600 ədəddən çox olub. Bu barədə bankın məlumatında göstərilib.

Bank Respublika beynəlxalq MasterCard və VISA kartlarını pulsuz və illik xidmət haqqı olmadan təqdim edir. Bank Respublika kartlarla həmçinin 35 gün müddətində iş yerindən arayışla girovsuz 200 - 5000 AZN / USD / EUR kredit jgötürməyə pimkan yaradır. Bank plastik kartlar üzrə Home-Banking, Card-to-Card xidmətləri və digər əlavə imkanlar təqdim edir.

Bank Respublika həmçinin öz müştəriləri arasında kartlar üzrə "Parisə Səfər" kampaniyası keçirir. Əsas mükafat 7 gün müddətinə Parisə iki nəfərlik səfər, həmçinin 12 digər hədiyyə - 2 video kamera, 10 iPod musiqi playeri var

Avqustun 1-dən dekabrın 1-nə qədər bankın kartları ilə 20 AZN / USD / EUR az olmayan məbləğdə aparılan hər bir əməliyyat bir şans kimi dəyərləndirilir. Qaliblər dekabrın 20-də lotareya oyunu nəticəsində müəyyən olunacaqlar.

Xəbər lenti

Xəbər lenti