...

"Bank Respublika" yeni kredit xətlərinin hesabına biznes-kreditləşməni genişləndirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Avqust 2007 13:10 (UTC +04:00)

Azərbaycan, Bakı / " TrendCap ", müxbir U.İsmaylova/ "Bank Respublika", Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) və Qara Dəniz Ticarət və İnkişaf Bankı ilə ümumilikdə 16 mln. ABŞ dolları məbləğində yeni müqavilələr imzalayıb. Bu barədə məlumat bankdan verilib.

Müqavilələrin şərtlərinə əsasən, FMO "Bank Respublika"ya 5 mln. ABŞ dolları məbləğində 10 illik subordinasiya krediti, həmçinin kiçik və orta sahibkarlığın kreditləşdirilməsi üçün 8 mln. ABŞ dolları məbləğində 5 illik kredit xətti ayırır.

Digər müqavilənin şərtlərinə əsasən, Qara Dəniz Ticarət və İnkişaf Bankı kiçik və orta biznes sahəsində müəssisələrin ixrac-idxal əməliyyatlarının kreditləşdirilməsi üçün "Bank Respublika"ya 3 mln. ABŞ dolları məbləğində kredit xətti ayırır.

"Bank Respublika" həmçinin Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Asiya İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası (IFC), DEG Almaniya İnvestisiya Şirkəti, "Raiffeisen Bank", Alman-Azərbaycan Fondu, "Commerzbank AG" və sair maliyyə qurumları ilə əməkdaşlıq edir.

Beynəlxalq maliyyə təşkilatlarının kredit xətləri daha sərfəli şərtlərlə müştərilərə uzunmüddətli biznes kreditləri və ticarətin maliyyələşdirilməsi məqsədilə xidmətlər təqdim etmək üçün "Bank Respublika"nın imkanlarını genişləndirir.

Xəbər lenti

Xəbər lenti