...

Dövlət Antiinhisar Xidməti yüzdən çox müraciəti araşdırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Avqust 2007 17:53 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir Ü.İsmayılova/ Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi yanında dövlət antiinhisar xidmətinə yeddi ay ərzində qeyri-dövlət orqanları, hüquqi və fiziki şəxslər tərəfindən 100-dən çox müraciət daxil olub. Bu barədə İqtisadi İnkişaf Nazirliyinin məlumatında deyilir.

Müraciətlər əsasən qiymət artımı, məhsulların aşağı keyfiyyəti və qanunvericiliyə uyğun olmaması, habelə ticarət nişanları hüquqlarının pozulması, pirat və kontrafakt malları və haqsız reklamla bağlıdır.

Məlumatda deyilir ki, antiinhisar xidməti müvafiq tədbirlər görüb və aktlar tərtib edib.

Xəbər lenti

Xəbər lenti