...

Ekspert: Azərbaycanın tikinti sektorunda problemlərin həlli üçün ən azı beş illik bir müddət tələb olunur

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Avqust 2007 14:02 (UTC +04:00)
Ekspert: Azərbaycanın tikinti sektorunda problemlərin həlli üçün ən azı beş illik bir müddət tələb olunur

Azərbaycan, Bakı / Trend , müxbir Ü.İsmayılova/ Azərbaycanın tikinti sektlorunda problemlərin həlli üçün ən azı beş illik bir müddət tələb olunur. Bunu cümə günü "Daşınmaz əmlak bazarının iştirakçıları" ictimai birliyinin icraçı direktoru Nüsrət İbrahimov bildirib.

Avqustun 28-də Bakının mərkəzi küçələrindən birində tikilməkdə olan 16 mərtəbəli bina uçub. Son məlumatlara görə, faciə 12 nəfərin həyatına son qoyub, üç nəfər isə yaralanıb.

"Sovet dövründə peşəkar işçilər hazırlayan peşə məktəblərinin əksəriyyəti indi fəaliyyətini dayandırıb. Bu səbəbdən də tikintilərdə öz sənətinini bilməyən insanlar çalışır" - deyə İbrahimov bildirib.

Ekspertin sözlərinə görə, ixtisaslaşmamış işçilərin çatışmazlığı tikinti sektorunda problemlərin yaranmasına gətirib çıxarır.

Xəbər lenti

Xəbər lenti