...

Səhiyyə Nazirliyi: "Bakıda binanın uçması nəticəsində 15 nəfər həlak olub"

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Sentyabr 2007 16:58 (UTC +04:00)

Azərbaycan, Bakı / " Trend ", müxbir S.Babayeva / Bazar ertəsi Azərbaycan Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Bakıda avqustun 28-də tikilməkdə olan 16 mərtəbəli binanın uçması nəticəsində həlak olanların sayı 15 nəfər təşkil edib. Hazırda yaralanmış dörd nəfərdən üçü tibbi yardım alır. Astara rayonu sakini Əliyev Rauf Bahadır oğlu artıq evə buraxılıb.

Tibbi yardım alan yaralı şəxslər:

Axundov Əvəzağa Bəşirağa oğlu - 24 yaş. Astara rayonu. Vəziyyəti - orta ağır. (Klinik Tibbi Mərkəz)

Əfəndi Vüqar Mirmahmud oğlu - 22 yaş. Xırdalan. Vəziyyəti - orta ağır. (Klinik Tibbi Mərkəz)

3. İbrahimov İbrahimMəhəmmədəli oğlu. 57 yaş. Abşeron rayonu Saray qəsəbəsi. Vəziyyəti - kafi(Travmatologiya və Ortopediya İnstitutu)

Həlak olanlar:

Feyzullayev Arif Məhərrəməli oğlu - 1968-ci il. Astara rayonu (qohumlarına təhvil verilib)

Babayev Emil Seyfulla oğlu - 1980-ci il. Astara rayonu (qohumlarına təhvil verilib)

Feyzullayev Habil Məhərrəm oğlu - 1977-ci il. Astara rayonu (qohumlarına təhvil verilib)

Feyzullayev Sakit Adil oğlu- 1982-ci il. Astara rayonu (qohumlarına təhvil verilib)

Məhəmmədov Aydın Rəsul oğlu - 1962 ci il. Qax rayonu, Qaşqara kəndi (qohumlarına təhvil verilib)

Məhəmmədov Arzu Abbasəli oğlu - 1974 cü il. Gəncə, İmamzadə kəndi (qohumlarına təhvil verilib)

Məmmədov Fərhad Qədim oğlu - 1964-cü il. Goranboy rayonu (qohumlarına təhvil verilib)

İmaməliyev Razi Elsevər oğlu - 1978-ci il. Astara rayonu, Ərzican kəndi (qohumlarına təhvil verilib)

Əmənov Qədir Qərib oğlu - 1981-ci il. Salyan Rayon Kərimbəyli kəndi (qohumlarına təhvil verilib)

Orucov Valeh Abbas oğlu - 1964-cü il. Sabirabad rayonu, Minbaşı kəndi (Qohumlarına təhvil verilib)

Hüseynov Xalid Ağasan oğlu - 1985-ci il. Salyan rayonu, Kərimbəyli kəndi (Qohumlarına təhvil verilib)

Fətullayev Seyidağa İsmayıl oğlu - 1969-cu il. Sabirabad rayonu, Mumbaşı kəndi (Qohumlarına təhvil verilib)

Məmmədov Surəddin Nurəddin oğlu - 1960-ci il. Qax rayonu, Marsan kəndi (2 naməlum kişi meyidindən biri) (Qohumlarına təhvil verilib)

Aslanov Cəmil Tamil oğlu - 1948-ci il. Sumqayıt şəhəri (Qohumlarına təhvil verilib)

Bundan başqa Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertizasında 1 (bir) naməlum kişi meyidi var. Meyid tanınması üçün müraciət edənlərə təqdim edilir. (ümumilikdə 15 meyid)

Xəbər lenti

Xəbər lenti