...

Azərbaycan "General Elestric"lə yeni elektrik stansiyasında qaz turbinlərinin tikintisi üzrə kontrakt imzalayıb

Energetika Materials 2 Oktyabr 2007 11:11 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / "Azərenerjitikinti" MMC və Amerikanın "General Elestric" şirkəti Əli Bayramlıda 750 MVt gücündə olan "Cənub" elektrik stansiyasının tikinti layihəsi üzrə dörd ədəd qaz turbininin tikintisi və onun dörd generatorla təchiz edilməsinə dair kontrakt imzalayıb. Bu barədə "Azərenerji" SC-nin mətbuat xidmətindən məlumat verilib.

"Azərenerjitikinti" MMC tərəfindən layihənin reallaşdırılması üçün Azərbaycana lazımi avadanlığın gətirilməsi istiqamətində dünyanın bir neçə tanınmış şirkəti ilə müqavilələrin imzalanması planlaşdırılıb.

Texniki Şura tərəfindən yeni stansiyanın tikintisində qaz və mazut kimi xammaldan keyfiyyətli istifadə imkanı yaradacaq texnologiyaların tətbiq edilməsi üzrə layihə qəbul olunub.

Layihənin başa çatdırılması 2009-cu ilin sonuna planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti