Azərbaycan, Bakı / Trend müxbir S.Əliyev/ Məlumatlı mənbənin cümə axşamı verdiyi məlumata görə, Heydər Əliyev adına özüqalxan qazma qurğusu LUKOYL şirkətinin sifarişi ilə Xəzər dənizinin Rusiya sektorunda "Mərkəzi" yatağında qazma işləri həyata keçirəcək.
Qazma qurğusundan bir quyu qazılacaq. Bu quyunun qazma işlərinin yekunu olaraq Xəzərin Azərbaycan sektorunda D-222 strukturunda ("Yalama") gələcək qazma işlərinin mümkünlüyü barədə qərar qəbul olunacaq.
Qazma qurğusu qazma nöqtəsində qazılacaq ki, burada suyun dərinliyi 450- 500 metr təşkil edir. Qazma qurğusu qazma nöqtəsinə "CASPIAN Marine Service" alyansına məxsus olan və Xəzər Dəniz Neft Donanması tərəfindən icarəyə götürülən "Aura", "Andoqa" və "S. Səyidov" gəmilər vasitəsilə gətiriləcək.
Rusiyanın LUKOYL şirkəti Azərbaycanın "Yalama" perspektiv strukturunda ikinci kəşfiyyat quyusunun qazılması məqsədilə Danimarkanın "Maersk" şirkətin məxsus olan Heydər Əliyev adına qurğunun 2008-ci ilin iyun ayında azad olmasını gözləyir. İkinci kəşfiyyat quyusunun dərinliyi 2650 metr təşkil edəcək, növbəti quyu birinci kəşviyyat quyusundan 22 km aralıda qazılacaq. 2007-ci il noyabrın ortalarında ikinci quyunun qazılacağı nəzərdə tutulan sahədə 656- 720 metr dərinliyində mühəndis-geoloji işlər aparılacaq.
LUKOYL şirkəti 2005-ci ildə "Yalama"da layihə dərinliyi 4500 metr olan 4400 metr dərinliyində ilk quyu qazıb. Qazma işləri zamanı şirkəti üçün kommersiya baxımından maraq doğurmayan az həcmdə karbohidrat ehtiyatları aşkarlanıb.
Heydər Əliyev adına qurğu suyun dərinliyi 100 metr olmaqla 9 min metrlik quyuların qazalması üçün nəzərdə tutulb. Qeyd edək ki, Xəzərin ən dərin nöqtəsi 1025 metr təşkil edir ki, bu da o deməkdir ki, qurğu demək olar ki, bütün akvatoriyalarda işləyə bilər.