...

Azərbaycanda qaz istehlakı hər il 500 mln. kub metr artacaq

Energetika Materials 12 Noyabr 2007 12:48 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / 2008-ci ildə Azərbaycanda qaz istehlakı 8 mlrd.-a nisbətdə 11 mlrd. Kub metrə qədər artacaq. Proqnozlara görə, respublikada qaz istehlakı 2011-ci ilə qədər hər il 500 mln. kub metr artacaq.

Azərbaycanda qaz istehsalının artması da proqnozlaşdırılır. 2007-ci ildə bu göstərici 9 mlrd. 149,4 mln. kub metr, 2008-ci ildə - 11 mlrd. 550 mln. kub metr, 2009-cu ildə - 12 mlrd. 075 mln. kub metr, 2010-cu ildə - 12 mlrd. 600 mln. kub metr, 2011-ci ildə isə - 13 mlrd. 125 mln. kub metr səviyyəsində olacaq.

2008-ci ildə Azərbaycanda elektrik enerjisinin istehsalı cari ilin 25 mlrd. 077 mln. kVt/saatına nisbətdə 25 mlrd. 259 mln. kVt/saat səviyyəsində proqnozlaşdırılıb. 2008-ci lidə Azərbaycanda elektrik enerjisi istehlakı 22 mlrd. 238,3 mln. kVt/saata nisbətdə 22 mlrd. 332 mln. kVt/saat təşkil edəcək.

Ölçü vahidi 2006-cı il 2007-ci il 2008-ci il 2009-cu il 2010-cu il 2011-ci il
Elektrik enerjisi istehsalı mln. kVt/saat 23784 25077 25259 27323 29436 29436
Elektrik enerjisi istehlakı mln. kVt/saat 22645 22238,3 22332,6 22669,1 24400 24760,8
Qaz istehsalı mln. m3 11178,9 9149,4 11550 12075 12600 13125
Qaz istehlakı mln. m3 9478,5 8605 11000 11500 12000 12500
Xəbər lenti

Xəbər lenti