...

Xəzər Dəniz Neft Donanması Rusiya Dəniz Registrinin sertifikatını alıb

Energetika Materials 24 Noyabr 2007 14:45 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend A.Bədəlova/ Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən verilən məlumata görə, ARDNŞ-in tərkibinə daxil olan Xəzər Dəniz Neft Donanması Rusiya Dəniz Registrinin sertifikatını alıb.

Bu sertifikatın alınması Donanmaya gəmilərin və digər üzən qurğuların sualtı hissələrinin doka yerləşdirilmədən yoxlanılmasına şərait yaradacaq. Bu məqsədlə "Əli Əmirov" və "Avior" dalğıc gəmilərində, eləcə də "Geofizik" mühəndis-kəşfiyyat gəmisində sualtı video və foto çəkilişləri həyata keçirən avadanlıq və cihazlar, metalın qalınlığını ölçən cihaz, gövdəni təmizləmək üçün sualtı hidroalət, kəsici alət və qayqabağlayan, eləcə də metalın sualtı elektrik qaynağı və elektrooksigen üsulu ilə kəsilməsi üçün xüsusi avadanlıqlar yerləşdirilib.

Rusiya Dəniz Registrinin əsas məqsədi dənizdə insan həyatının təhlükəsizliyinin, gəmilərin təhlükəsiz üzməsinin, dənizdə və daxili sularda yüklərin etibarlı daşınmasının təmin edilməsi, ətraf mühitin çirklənməsinin qarşısını almaqdır.

Xəbər lenti

Xəbər lenti