...

Ukraynaya ixrac olunan qazın min kubmetri 200 dollar ola bilər

Energetika Materials 28 Noyabr 2007 18:21 (UTC +04:00)

Ukrayna, Kiyev / " müxbir Z.Novosvitski/ Rusiyanın "Qazprom" u üçün türkmən qazının min kubmetrinin qiymətinin 130 dollara qədər artırılması faktiki olaraq, Ukraynaya ixrac olunan qazın min kubmetri üçün 160 dollar civarında proqnozlaşdırılan qiyməti aradan qaldırır. Bu barədə çərşənbə günü Perspektivli Araşdırmalar Mərkəzinin (Ukrayna) baş iqtisadçısı İldar Qazizulin məlumat verib. "Düşünürəm ki, tərəflər artıq bu il, 2008 - ci il üçün yeni, daha yüksək qiymət haqqında danışacaqlar. Mümkün qiymətlərin diapazonu min kubmetr üçün 160 - 200 dollar arasında olacaq"- Qazizullin bildirib. Rusiyanın "Qazprom" şirkəti, Türmənistanla 2008 - ci ilin birinci yarısında idxal olunan qazın qiymətini 2007 - ci ilin min kubmetrinin qiymətinin 100 dollardan 130 dollara qədər artırılması barədə razılığa gəlib. 2008 - ci ilin ikinci yarısı üçün qiymət min kubmetrə 150 dollar müəyyən edilib. Rusiyanın "Qazprom" - u törəmə şirkəti "Qazprom eksport " MMC vasitəsilə Türkmənistanda, Özbəkistanda, Qazaxstanda hasil olunan qazı alır və onu, səhmlərinin50 faizinin "Qazprom" - a məxsus olduğu RosUkrEnergo AG (İsveçrə) şirkətinə satır. RosUkrEnergo Mərkəzi Asiya qazını Rusiyanın Ukrayna ilə sərhədinə çatdırır və burada onu "UkrQaz - Enerqo" QSC - yə satır. Bu şirkət RosUkrEnergodan aldığı qazın bir hissəsini Ukrayna istehlakçılarına çatdırır, bir hissəsini də istilik təchizatı müəssisələri və büdcə idarələrinin yanacaqla sonrakı təminatı üçün, "Naftoqaz Ukrainı" MŞ reallaşdırır. Ukrayna hakimiyyətinin təmsilçiləri əvvəllər də 2008 - ci il üçün qazın qiymətinin min kubmetr üçün 160 dollar səviyyəsində qalacağına ümid etdiklərini bildirirdilər (hazırda min kubmetr üçün 130 dollar) . Dünən, Ukraynaın İqtisadiyyat nazirinin vəzifəsini icra edən Anatoli Kinax bildirib ki, əgər Türkmənistan qazı "Qazprom" a, min kubmetri üçün 100 dollardan yuxarı qiymətlə satsa, Ukrayna üçün qiymətin min kubmetr üçün 160 dollar konteksində saxlanması ilə bağlı problemlər yaranacaq. Qazizulin, qaz məsələlərində başqa dəyişikliklərin olmayacağını proqnozlaşdırır. Bunula yanaşı, o qeyd edib ki, qiymətlərin Ukrayna üçün Şərqi Avropadakı qiymətlər səviyyəsinə qalxması davam edəcək, amma o, güzəştli xarakter daşıyacaq.

Xəbər lenti

Xəbər lenti