...

Azərbaycanda biomüxtəlifliyin mühafizəsi üzrə altıncı müsabiqənin yekunları açıqlanıb

Energetika Materials 6 Dekabr 2007 13:05 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir M.Kərimova/ BP şirkəti çərşənbə günü şikətin ARDNŞ, "StatolilHydro", "ExxonMobil", "Inpex", "Itochu" ilə birlikdə hər il biomüxtəlifliyin müdafiəsi üzrə keçirdiyi sayca 6-cı müsabiqənin yekunlarını açqılayıb.

Birinci kateqoriya üzrə, "Təhlükə altında olan ekosistemin müdafiəsi" müsabiqənin qalibləri aşağıdakılardır:

Birinci yer - "Ecostyle-Azerbaijan" QHT, "Abşeron yarımadasının itməkdə olan unikal bitki növlərinin bərpası və reintroduksiyası" layihəsi". Mükafat - 19120 dollar.

İkinci yer - "Ecostyle-Azerbaijan" QHT, "Azərbaycan ağacları- veteran və çempionlar" layihəsi. Mükafat - 1500 dollar.

Üçüncü yer - "Ekologiya və quşların mühafizəsi" ictimai təşkilatı, "Təhlükə altında olan quş növləri və onların Xəzərin Azərbaycan sektorunda və ətraf ərazilərdə mühafizəsi" . Mükafat - 1000 dollar.

Müsabiqənin "Əhalinin Azərbaycanın ekosistem problemləri barədə xəbərdarlığı" adlı ikinci kateqoriyası üzrə əsas mükafatı "Gənclər Şüası" gənclər təşkilatı "Ekoproblemlər Azərbaycan gənclərinin gözü ilə" layihəsinə görə əldə edib. Mükafat- 9356 dollar.

İkinci yeri "Veterinar-Sanitar fəaliyyət və ətraf mühitin mühafizəsi" ictimai təşkilatı respublikanın qərb rayonlarında yaşayan əhalinin ətraf mühitin vəziyyəti barədə biliklərinin artırılması layihəsinə görə əldə edib. Mükafat - 1500 dollar.

Üçüncü yer, "Ecostyle-Azerbaijan" kritik biomüxtəliflik mövzusunda hazırlanmış 4 lövhənin işlənib hazılanmasına görə, mükafat - 1000 dollar.

"Avropa-Qafqaz ekoloji təşəbbüsü" ictimai birliyi "Azərbaycan florasının misalında bitkilərdə genetik eroziyanın meydana gəlməsi riskinin proqnozlaşdırılması" layihəsi üzrə komissiyanın həvəsləndirici mükafatını qazanıb və komissiya tərəfindən yüksək qiymətləndirilib. Mükafat 500 dollar təşkil edib. Digər həvəsləndirici mükafatı isə "Ekoyl" QHT qazanıb, mükafat 500 dollar təşkil edir.

Xəbər lenti

Xəbər lenti