...

Azərbaycanda maşınqayırma məhsullarırın istehsalında artım 25%-i ötüb

Energetika Materials 11 Dekabr 2007 17:49 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.Babayeva/ yanvar-noyabr ayları ərzində "Azneftkimyamash" ASC 25,8 mln. manat dəyərində neft-mədən, geoloji - kəşfiyyat avadanlığı, alətlər və ehtiyat hissələri istehsal edib ki, bu da 2006-cı ilin eyni dövri ilə müqayisədə 26,5% çoxdur.

ASC-nin baş iqtisadçısı Nəriman Böyükişinin çərşənbə axşamı verdiyi məlumata görə, bu il ən məhsuldar müəssisə Səttərxan adına maşınqayırma zavodu olub, müəssisə 3,6 mln. manat dəyərində məhsul istehsal edib. "Bakı Fəhləsi" zavodu 3,5 mln. manat, Sabunçu EBB 2,6 mln. manat, Bakı Maşınqayırma zavodu 2,3 mln. manat, Suraxanı maşınqayırma zavodu 2,6 mln. manat, Zabrat maşınqayırma zavodu 2,3 mln. manat dəyərində məhsul istehsal edib.

2007-c ildə ASC-nin müəssisələri üzrə istehsal proqnozu 28 mln. manat səviyyəsində müəyyən olunub.

Bu dövr ərzində daxili, eləcə də Rusiya, Qazaxıstan, Ukrayna, Türkiyə, Gürcüstan və Özbəkistan bazarında 24 mln. manat həcmində məhsul satılıb. Realizə olunan məhsulun artımı 21% təşkil edib.

"Azneftkimyamash" ASC prezidentin 22 mart 2001-ci il tarixli sərəncamı ilə, "Azneftkimyamash" dövlət müəssisənin bazasında yaradılıb. ASC-nin tərkibinə 14 maşınqayırma zavodu, 4 elmi-tədqiqat və layihə-konstruksiya institutu daxildir.

Xəbər lenti

Xəbər lenti