...

Azərbaycan prezidenti yeni elektrik stansiyasının təməlqoyma mərasimində iştirak edib

Energetika Materials 24 Dekabr 2007 15:17 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir A.İsmayılova/ Bazar ertəsi Azərbaycan prezidenti İlham Əliyev Əli Bayramlıda yeni elektrik stansiyasının təməlqoyma mərasimində iştirak edib. Tikintinin 2009-cu ildə başa çatdırılması planlaşdırılır. Stansiya Azərbaycanda elektrik enerjisi istehsalının 30% təmin edəcək. Bir qədər əvvəl "Azərenerji" səhmdar cəmiyyətinin texniki şurası Əli Bayramlı İES-in yenidən qurulması layihəsini yekdilliklə qəbul edib. "Azərenerji" yenidənqurmadan sonra stansiyada yaradılacaq prioritet qüvvələri müəyyənləşdirib. Elektrik stansiyasının istehsal gücü 760 MVt təşkil edəcək. Hazırda stansiya bu göstərici ilə bir həftə müddətində işləyə bilir və bundan sonra köhnə avadanlıqlar səbəbindən bü göstərici əhəmiyyətli dərəcədə azalır. 40 il əvvəl tikilən stansiyanın layihə gücü 1000 Mvt təşkil edir. Bu gün stansiyanın payına respublikada istehsal olunan elektrik enerjisinin 20%-i düşür. Lakin istismar müddəti başa çatdığı üçün stansiyanın texniki-iqtisadi göstəriciləri əhəmiyyətli dərəcədə azalıb. "Azərenerji" SC stansiyada hansı qurğuların tikiləcəyini müəyyən edib. Bu avadanlıqlar mazut və qazla işləyəcək. Hazırda Azərbaycanda elektrik enerjisinin istehsalı gücü 5500 Mvt-dur. Dörd il müddətində bu göstəricini 10000 Mvt-a çatdırmaq planlaşdırılır. Bu, Azərbaycana özünün elektrik enerjisinə olan tələbatını ödəməklə yanaşı, ixracını da həyata keçirməyə imkan yaradacaq.

Xəbər lenti

Xəbər lenti