...

Azərbaycan neftinin qiymətləri azalıb

Energetika Materials 22 Yanvar 2008 20:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 yanvar/ Trend , müxbir A.Bədəlova/ Yanvarın 21-də CİF liman Auqusta şərtlərilə Azərbaycan neftinin qiyməti $88,99/barr. təşkil edib.1997-ci ildən bu xammalın hasilatı ilə məşğul olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən verilən məlumatda deyilir ki, bazar ertəsi neftin qiyməti cümə günü ilə müqayisədə $1,81/barr. azalıb.

Azeri Light növlü neft Azərbaycanın "Azəri-Çıraq-Günəşli" dəniz yataqları blokunda hasil olunur. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə Türkiyənin Ceyhan limanına, dəmir yolu ilə Gürcüstanın Batumi limanına çatdırılır.

ARNDŞ-dən bildiriblər ki, yanvarın 21-də FOB Türkiyənin Ceyhan Limanı şərtləri ilə Azərbaycan neftinin qiyməti $87,5/barr. təşkil edib və bu, əvvəlki qiymətdən $1,73/barr azdır.

Azərbaycan xammalı Bakı-Novorossiysk boru kəməri ilə gətirərək, neftin URALS növünü Novorossiysk limanından satır. Keyfiyyətli Azərbaycan nefti Rusiyanın boru kəməri sistemində digər növlərlə qarışdırılır və Novorossiysk limanından URALS şəklində satılır.

Neftin bu növü keyfiyyət və qiymət baxımından Azəbaycan nefindən geri qalır.

Yanvarın 21-də Novorossiysk limanından yüklənmə ilə URALS neftinin qiyməti $83,66/barr. təşkil edib və bu, əvvəlki qiymətdən $1,82/barr. azdır.

Şimal dənizində hasil edilən Brent Dated etalon növü ilə də analoji haldır. Yanvarın 14-də Brent Dated neftinin bir barelinin qiyməti $87,65/barr. təşkil edib və əvvəlki qiymətdən $2,08/barr. aşağı olub.

Xəbər lenti

Xəbər lenti