Ukrayna, Kiyev, 25 yanvar / " müxbir Z.Novosvitski/ Ukrayna və Azəərbaycan "Naftoqaz Ukrainı" şirkətinin Azərbaycanda nümayəndəliyinin yaradılmasının mümkünlüyünü təcili öyrənilməsinin zərurəti barədə razılığa gəliblər. Ukraynanın Yanacaq və Energetika Nazirliyindən verilən məlumata görə, razılaşma yanvarın 24-də Azərbaycanın Ukraynadakı Fövqəladə və Səlahiyyətli səfiri Tələt Əliyevin adı çəkilən ölkənin yanacaq və energetika naziri Yuri Prodan ilə görüşü zamanı əldə olunub.
Ukraynanın iri dövlət şaquli -inteqrallama nef-qaz şirkəti olan "Naftoqaz Ukrainı" ölkədə 97 faizdən çox neft və qaz hasil edən müəssisədir.
O, yataqların işlənməsi, neft-qaz hasilatı və nəqli , şəxsi yanacaqdoldurma məntəqələri vasitəsilə neft məhsullarının reallaşdırılması ilə də məşğul olur.