...

Azərbaycan BMT Baş Assambleyasına EİTİ təşəbbüsünü dəstəkləməyi təklif edir

Energetika Materials 20 Fevral 2008 15:28 (UTC +04:00)
Azərbaycan BMT Baş Assambleyasına EİTİ təşəbbüsünü dəstəkləməyi təklif edir

Azərbaycan, Bakı, 20 fevral/ Trend , müxbir K.Ramazanova/ BMT-nin Nyu-Yorkdakı qərargahında Azərbaycanın təşəbbüsü ilə təşkilatın rəsmi sənədi qismində Baş Assambleyanın "Mədən sənayesində şəffaflığın artırılması" (EITI) qətnamə layihəsi yayılıb. Sənədin həmmüəllifləri daha 16 dövlət, o cümlədən Almaniya, Gürcüstan, İtaliya, Qazaxıstan, Qırğızıstan, Moldova, Nigeriya, Böyük Britaniya və Fransadır. Bu barədə BMT-nin mətbuat mərkəzinin məlumatında deyilir.

Mədən sənayesində şəffaflığın təmin edilməsi üzrə təşəbbüs neft, qaz və mədən sənayesi məhsullarının satışından əldə olunan gəlirin dövlət idarə etməsinin təkmilləşdirilməsinə yönəlib. O, özəl şirkətlərin və dövlət korporasiyalarının xəzinəyə ödəmələri haqqında bütün məlumatların yoxlanılması və nəşri üzrə öhdəlikləri nəzərdə tutur.

Qətnamə layihəsində Təşəbbüs iştirakçılarının fəaliyyətinin prioritet istiqamətlərindən birinin korrupsiya ilə bütün səviyyələrdə mübarizə olduğu qeyd edilir. Layihə müəllifləri Assambleyaya mədən sənayesində şəffaflığın və hesabatlılığın artırılması üzrə hökumət, sənaye müəssisələri və vətəndaş cəmiyyətinin birgə səylərini dəstəkləmək təklif olunur. Qətnamə BMT üzvlərini yenidən BMT-nin korrpusiyaya qarşı Konvensiyasını tezliklə təsdiq etməyə çağırır.

Dekabrda Azərbaycanın Daimi nümayəndəliyinin təşəbbüsü üzrə BMT-nin qərargahında mədən sənayesində şəffaflığın təmin edilməsinə həsr olunmuş brifinq baş tutub. Bu işlə Azərbaycanın Dövlət Neft Fondu məşğul olur. Fonda daxil olan vəsaitlərdən ölkə əhalisinin maraqları çərçivəsində istifadə olunur. 2007-ci ildə Fond dövlət xidmətinin inkişafına töhfəyə görə BMT-nin mükafatı ilə təltif olunub. Fond Şərqi Avropa və MBD ölkələrində bu yüksək mükafata layiq görülən ilk hökumət agentliyi olub.

Xəbər lenti

Xəbər lenti