...

Tailand treyderi Bakıda nümayəndəlik açacaq

Energetika Materials 12 Mart 2008 17:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 mart/ " Tailandın PTT İntertrade şirkəti Azərbaycanda öz nümayəndəliyini açmaq niyyətindədir. Bu barədə şirkətin məlumatında deyilir. PTT məlumatda ofisin açılacağı tarixi dəqiq göstərmir.

"Yaxın vaxtlarda Azərbaycan və İndoneziyada nümayəndəlik ofislərinin açılması planlaşdırılır", - PTT-nin məlumatında qeyd edilir.

2007-ci ilin birinci rübündə Azərbaycan Dövlət Neft Şirkəti və PTT illik müqavilə bağlayıblar. Müqaviləyə əsasən, ARDNŞ şirkətin neft emalı zavodları üçün ayda 1 mln. barel həcmində yüngül neft tədarük edəcək. Azərbaycan ötən ildən PTT üçün FOB və ya CFR şərtləri ilə neft tədarük edir.

Dövlət Neft Şirkəti yüngül nefti 1994-cü ildə imzalanmış "Əsrin müqaviləsi" çərçivəsində, "Azəri-Çıraq-Günəşli" yataqlarından hasil edir.

PTT neft və qaz hasilatı, emal, nəqliyyat, xam neft və neft məhsullarının idxal-ixrac əməliyyatları ilə məşğul olan iri tay şirkətlərindən biridir. Şirkət Tailanddakı gündəlik emal gücü 925 min tonadək olan 4 neft emalı zavodunda paya malikdir.

Xəbər lenti

Xəbər lenti