...

"Azərenerji" Səhmdar Cəmiyyəti dövlət büdcəsinə ödənişləri 1,5 dəfə artırıb

Energetika Materials 17 Mart 2008 15:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 mart/ Trend / "Azərenerji" Səhmdar Cəmiyyəti yanvar-fevralda dövlət büdcəsinə 17,1 mln. manat ayırıb ki, bu da 2007-ci ilin yanvar-fevral göstəricisindən 1,5 dəfə çoxdur. Bu barədə SC-nin mətubat xidmətindən məlumat veriblər. Fevralda dövlət büdcəsinə edilən ödənişlərin ümumi həcmi 9 mln. manat təşkil edib.

Dövlət büdcəsinə edilən ödənişlərin artması yanvarın əvvəlində "Azərenerji"nin istehsalçısı olduğu elektrik enerjisinin topdan satış dəyərinin artırılması, həmçinin sayğacların quraşdırılması və abunəçilərə verilən elektrik enerjisinə görə yığımların artması ilə bağlıdır.

Xəbər lenti

Xəbər lenti