...

Türkiyə gündə təqribən 15 mln. kubmetr Azərbaycan qazı alır

Energetika Materials 29 Mart 2008 16:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 mart/ " müxbir S.Əliyev/ Hazırda Türkiyə gündə Azərbaycandan "Şahdəniz" yatağından hasil edilən 13-14 mln. kubmetr qaz alır. Azərbaycan gündə 7 mln. kubmetrdən çox qaz alır. Gürcüstana isə 1 mln. kubmetr qaz verilir. Bu barədə şənbə günü hökumətdən məlumat veriblər.

Ümumilikdə gündə 21,5-22 mln. kubmetr qaz və 5,5 -5,6 min ton kondensat hasil edilən yataqda dörd quyu istismar edilir. Hazırda beşinci quyu qazılır və işlər ilin ortalarında başa çatdırılmalıdır.

"Şahdəniz" dəniz yatağının işlənməsinə dair müqavilə 1996-cı il iyunun 4-də imzalanıb. Müqavilənin iştirakçıları aşağıdakılardır: BP (operator) -25,5 faiz, Statoil Hydro - 25,5 faiz, NICO - 10 faiz, Total - 10 faiz, LukAgip - 10 faiz, TPAO- 9 faiz, ARDNŞ - 10 faiz.

Bu yataqdan qaz hasilatına 2006-cı ilin dekabrında başlanılıb. Qaz Cənubi Qafqaz qaz kəməri ilə Gürcüstan və Türkiyəyə nəql edilir.

Yatağın işlənməsinin birinci mərhələsi çərçivəsində hər il 8,8 mlrd. kubmetr qaz hasil etmək nəzərdə tutulur. Bu həcm Azərbaycan, Gürcüstan və Türkiyəyə satılacaq. 2012-ci ildən sonra reallaşdırılmasına başlanılacaq ikinci mərhələ çərçivəsində, hasilat 20 mlrd. kubmetr qazadək artırılacaq və qazın Avropa ölkələrinə ixracı nəzərdə tutulur.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti