...

İri əcnəbi operator Azərbaycanın perspektivli strukturunda neft aşkar edib

Energetika Materials 30 Mart 2008 16:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 mart/ " BP Azerbaijan şirkəti tərəfindən "İnam" perspektivli strukturunda ikinci kəşfiyyat quyusunun (İNX-2) qazıntısı zamanı neft aşkar edilib. Bu barədə layihəyə yaxın mənbə məlumat verib.

Qazılması "İstiqlal" ÜYQQ-dən həyata keçirilən INX-2 kəşfiyyat quyusu qazma dəzgahının səviyyəsindən 5139 metr aşağı faktiki dərinliyə çatıb. Bununla yanaşı, karotaj və qazma şlamı üzrə məlumatlara əsasən, orta Pliosenin "Fasilə lay dəstəsinin" yuxarılarında 10 Om-dək müsbət elektrokortaj göstəriciləri ilə 10 metr enliliyində neftli lay aşkar edilib.

Bu məlumatlara görə, lay mineraloji tərkibinə görə, çöl şpatlarına (ortoklaz, plagioklaz və s.) aid edilən pis çeşidlənmiş çökmə süxurlarından ibarətdir və tərkibində Kürün paleo-deltası üçün xarakterik olan böyük miqdarda gilli material var.

"Kern materialının seçilməsi və yoxlama aparılmadan layın mümkün neftvermə qabiliyyətindən və açılmış layın kommersiya əhəmiyyətindən danışmaq olmaz", - mənbə bildirib.

Güman edilir ki, "Fasilə lay dəstəsinin" aşağılarında və Kiramkin qumlu lay dəstəsində süxurlar paleo-Volqa üçün xarakterik olan yüksək neftvermə qabiliyyəti ilə, yaxşı çeşidlənmiş kvars minerallarından ibarət ola bilər.

Ekspertlərin rəyinə görə, strukturun sahəsi nəzərə alinmaqla, İnam yatağında lazımi kollektor xüsusiyyətlərinə malik olan neft qatının minimal effektiv qalınlığı 25m təşkil etməlidir.

Quyu 225 kvadrat kilometr ərazini əhatə edən müqavilə sahəsində qazılir. Müqavilə sahəsində suyun dərinliyi 45 və şimalda 200 arasinda tərəddüd edir. "İnam bankası" yatağınin minimal dərinliyi 4 metr təşkil edir.

Xəbər lenti

Xəbər lenti