...

"Azərenerji" şəbəkələrində elektrik enrejisinə qoyulan vəsait yığımı azalıb

Energetika Materials 31 Mart 2008 13:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 mart / Trend / Fevral ayında  "Azərenerji" Səhmdar Cəmiyyəti tərəfindən idarə olunan 41 rayon şəbəkəsində elektrik enerjisinə qoyulan vəsait yığımı 47 faiz təşkil edib. Bu barədə SC-nin məlumatında bildirilib. Bu göstərici ödənişin 90 faizə çatdığı keçən aylarla müqayisədə nəzərə çarpacaq dərəcədə aşağıdır.

Vəsait yığımının ən böyük həcmi Ucar rayonunda müşahidə olunub -86,8 faiz.  Ən az isə Bərdə rayonunda -21,8 faiz.

Elektrik enerjisinin tələb olunan ümumi kəmiyyətindən "Azərsu" SC, Qaçqın və Məcburi Köçkünlər üzrə Dövlət Komitəsi və büdcə təşkilatları yalnız 47 faiz ödəyib.

SC-nin verdiyi məlumata görə, əgər bu orqanlar ödənişi tam yerinə yetirmiş olsaydilar,  "Azərenerji" şəbəkələrində elektrik enerjisinə qoyulan ümumi vəsait yığımı 75,8 faizdən cox təşkil edərdi.

Xəbər lenti

Xəbər lenti