Azərbaycan, Bakı, 03 aprel / Trend , müxbir E.İsmayılov /Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyevin Avropa Komissiyasının nümayəndə heyəti ilə cümə axşamı baş tutmuş görüşündə alternativ və bərpa olunan enerji mənbələri üzrə və enerji qanunvericiliyi üzrə Milli Agentliklərin yaradılması haqqında müzakirələri aparılıb.
Avropa Komissiyasının nümayəndələrinin dediyinə görə, Aİ bu institutların yardılması üçün texniki dəstəyə hazırdır.
Hazırda Avropa İttifaqı və Azərbaycan hökuməti, ölkənin enerji qanunvericiliyinin beynəlxalq standartlara uyğunlaşdırılması üçün vəsaitlərin təqdimi məsələlərini müzakirə edirlər. Bu məsələlərə üç il ərzində 13 mln. avro ayırmaq planlaşdırılır.
Bu məqsədlə Aİ tərəfindən treninq və kurslar təşkil ediləcək, Sənaye və Energetika Nazirliyinin rəhbər işçilərinin xarici ölkələrdə təcrübə keçmələrinə dəstək göstəriləcək.