Azərbaycan, Bakı, 15 aprel/ Trend / Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Türkiyənin Ceyhan limanından özünün Azeri Light markalı neftinin partiyasının satışına tender elan edib. ARDNŞ-dan çərşənbə axşamı verilən məlumata görə, 1 mln. barel həcmində neft partiyası mayın 7-9-da yüklənəcək. Tenderin yekunları aprelin 15-də məlum olacaq.
2008-ci ildən Ceyan limanı vasitəsilə ARDNŞ-dan neft alan şirkətləri:
Arcadia Petroleum Limited - fevral (1 mln. barel);
Arcadia Petroleum Limited - aprel ( 950 min barel).
Azeri Light növlü neft "Azəri-Çıraq-Günəşli" yataqları blokundan hasil edilir.