...

Bakı-Supsa neft kəməri mayda öz işini bərpa edəcək – BP Georgia

Energetika Materials 17 Aprel 2008 16:44 (UTC +04:00)
Bakı-Supsa neft kəməri mayda öz işini bərpa edəcək – BP Georgia

Gürcüstan, Tbilisi, 17 aprel/ " , müxbir N.Kirstxalia/ Yüngül Azərbaycan neftinin Gürcüstanın Qara dəniz sahilinədək nəql edildiyi Bakı-Supsa neft kəməri öz işini mayda bərpa edəcək.

BP Georgia şirkətinin meneceri Hyu Makdauelin cümə günü jurnalistlərə bildirdiyinə görə, Bakı-Supsa neft kəmərinin işi "Azəri-Çıraq-Günəşli" yatağından neftin nəql edildiyi boru kəmərinin təhlükəsizliyinə yüz faizli zəmanət yarandıqdan sonra bərpa ediləcək.

Bakı-Supsa boru kəməri üzrə neftin nəqli BP tərəfindən 2006-cı ilin payızında, neft kəmərinin yoxlanılması zamanı qüsurlar aşkar edildikdən sonra dayandırılıb.

"Bakı-Supsa kəməri ilə nəql ediləcək yüngül neftin həcmi yay ərzində neft kəməri layihə gücünə keçənədək artırılacaq", - Makdauel qeyd edib.

Onun sözlərinə görə, kəmər dayandırıldığı vaxt ərzində onun istiqamət xəttində irimiqyaslı işlər görülüb. Qərbi Gürcüstanda yerləşən Zestafoni rayonunda neft kəmərinin istiqamət xəttinə baxış zamanı sürüşmə təhlükəsinin olduğu sahə aşkar edilib. Makdauel bununla əlaqədar təhlükəli zonanı ötməyə imkan verən 1 km uzunluğunda boru kəməri xəttinin çəkilməsinə dair qərar qəbul edildiyini bildirib və qeyd edib ki, Azərbaycanda da boru kəmərinin Kür çayından keçən hissəsi yenidən çəkilib.

BP - Azərabaycan Beynəlxalq Əməliyyat Şirkətinin operatorudur və o da öz növbəsində Bakı-Supsa neft kəmərinin operatoru kimi çıxış edir.

Xəbər lenti

Xəbər lenti