Azərbaycan, Bakı, 2 may/ Trend müxbir A.Badalova / Mayın 1 - də CİF liman Auqusta şərtlərilə Azərbaycan neftinin qiyməti $110,64/barel təşkil edib. 1997-ci ildən bu xammalın hasilatı ilə məşğul olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən çərşənbə günü verilən məlumatda deyilir ki, çərşənbə günü neftin qiyməti bazar ertəsi ilə müqayisədə $2,4/barel azalıb.
"Azeri Light" növlü neft Azərbaycanın "Azəri-Çıraq-Günəşli" dəniz yataqları blokunda hasil olunur. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə Türkiyənin Ceyhan limanına, dəmir yolu ilə Gürcüstanın Batumi limanına çatdırılır.
ARNDŞ-dan bildiriblər ki, 1 may FOB Türkiyənin Ceyhan Limanı şərtləri ilə Azərbaycan neftinin qiyməti $108,44/barel təşkil edib və bu əvvəlki qiymətdən $2,5/barel azdır.
Azərbaycan xammalı Bakı-Novorossiysk boru kəməri ilə gətirərək, neftin URALS növünü Novorossiysk limanından satır. Keyfiyyətli Azərbaycan nefti Rusiyanın boru kəməri sistemində digər növlərlə qarışdırılır və Novorossiysk limanından URALS şəklində satılır. Neftin bu növü keyfiyyət və qiymət baxımından Azəbaycan nefindən geri qalır.
Mayın 1 - də Novorossiysk limanından yüklənmə ilə URALS neftinin qiyməti $101,02//barel təşkil edib və bu əvvəlki qiymətdən $2,32/barel azdır.
Şimal dənizində hasil edilən Brent Dated etalon növü ilə də oxşar haldır. Aprelin 29 - da "Brent Dated" neftinin bir barelinin qiyməti $107,35/barelə təşkil edib və əvvəlki qiymətdən $2,64/barel az olub.