...

Azərbaycan, Türkiyə, Yunanıstan və İtaliya qaz sazişinin imzalanmasına hazırlaşırlar

Energetika Materials 13 May 2008 19:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 may/ Trend / Mayın sonunda Azərbaycan, Türkiyə, Yunanıstan və İtaliyanın energetika nazirlikləri arasında Azərbaycan qazının Türkiyə vasitəsilə Avropaya nəqli üçün hüquqi baza yaradacaq saziş imzalanacaq. Bu barədə çərşənbə axşamı Bakıda, EGL-AXPO şirkətinin rəhbəri Robert Lombardi ilə görüşdə Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev məlumat verib.

Görüşdə Avropa İttifaqının qaz boru kəmərləri məsələləri üzrə dövlətlərarası Koordinasiya Şurasının yaradılmasını planlaşdırdığı qeyd edilib. Şuranın yaradılmasının məqsədi layihələrin iştirakçısı olan dövlətlər arasında əməkdaşlığın səmərəliliyini artırmaqdır. Əliyev bildirib ki, öz maraqlarının təmin edilməsi üçün Azərbaycanın bu Şurada təmsil olunması çox vacibdir.

EGL-AXPO şirkəti İsveçrədə məşhur şirkətlərdəndir. O, İtaliya, Yunanıstan və Fransanın iri şirkətləri ilə çalışır. Bu şirkət StatoilHydro şirkəti ilə əməkdaşlıqda Transadriatik boru kəməri layihəsi üzərində işləyir.

Transadriatik boru kəməri qazın Yunanıstan və Albaniya ərazisi ilə İtaliyaya nəqlini nəzərdə tutur. Transadriatik boru kəmərinin "Poseydon" boru kəmərindən üstünlüyü daha qısa, texniki planda isə, daha sərfəli olması və iqtisadi baxımdan ucuz başa gəlməsindədir. Yaxın vaxtlarda Transadriatik boru kəməri məsələsi üzrə Albaniya və İtaliya arasında sazişin imzalanacağı gözlənilir. Bundan əlavə, Azərbaycan və İtaliya arasında enerji dəhlizinin yaradılması üzrə sazişin imzalanması planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti