...

Azərbaycan neftinin qiyməti: 19-23 may həftəsinin yekunları

Energetika Materials 26 May 2008 13:12 (UTC +04:00)
Azərbaycan neftinin qiyməti: 19-23 may həftəsinin yekunları

Azərbaycan, Bakı, 26 may / Trend , müxbir A.Bədəlova/ 19-23 may həftəsində Azərbaycanın Gürcüstanın Supsa və Batumi limanlarından satdığı AZERI LT (CIF) neftinin otra qiyməti $130,16/barr. təşkil edib, bu da ötən həftənin orta qiymətindən $4,5/barr çoxdur.

1

9-23 may həftəsində AZERI LT neftinin maksimal qiyməti $133,11/barr, minimal qiyməti isə $125,4/barr tiəşkil edib.

Azeri Light neftinin APİ üzrə sıxlığı 34,6 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,14%-dir.

19-23 may həftəsində Azərbaycanın Novorossiyk limanından satdığı URALS (EX-NOVO) neftinin orta qiyməti $119,91/barr təşkil edib, bu da ötən həftənin orta qiymətindən $4,11/barr çoxdur.

19-23 may həftəsində URALS neftinin maksimal qiyməti $122,96/barr, minimal qiymət isə $115,19/barr təşkil edib.

URALS neftinin sıxlığı APİ üzrə 32 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 1,3%-dir. Lakin satış zamanı bu neft növünün spesifikasiyası müxtəlif vaxtlarda tərkibində daha çox (daha az) dominantlıq edən keyfiyyətli neft növlərindən asılı olaraq dəyişir.

19-23 may həftəsində Brent Dated neftinin orta qiyməti $126,5/barr təşkil edib, bu da ötən həftənin orta qiymətindən $3,88/barr çoxdur.

Ötən həftə Brent neftinin maksimal qiyməti $129,88/barr, minimal qiymət isə $122,01/barr təşkil edib.

Brent Dated neftinin sıxlığı APİ üzrə 38,3 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,36%-dir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti