...

2008-ci ildə dünyada neft məhsullarına tələbat sutkada 85 mln. bareli keçəcək–BEA

Energetika Materials 11 İyun 2008 19:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 iyun / Trend , A.Bədəlova / Beynəlxalq Enerji Agentliyi (BEA) 2008-ci ildə dünyada neft məhsullarına olan tələbat üzrə qiymət proqnozunu sutkada 80 min barel azaldaraq, 86,8 mln. barelə çatdırıb.

Mayda İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (İƏİT) daxil olan ölkələrdə neft və neft məhsulları ehtiyatları aprelə nisbətdə 8,1 mln. barel azalaraq, 2,562 mlrd. barel təşkil edib. Ehtiyatların azalması ABŞ-da benzin ehtiyatlarının 11 mln. barel azalması ilə bağlıdır.

Agentliyin rəsmi saytında yerləşdirilən məruzədə deyilir ki, 2008-ci ilin mayında dünyada neft tədarükü sutkada 590 min barel artaraq 86,6 mln. barel təşkil edib.

"OPEK" ölkələrinin mayda neft tədarükü sutkada 32,3 mln. barel təşkil edib, bu da aprel tədarükündən 395 min barel çoxdur. Ən böyük neft tədarük həcmi Səudiyyə Ərəbistanı, Nigeriya, Anqolada müşahidə olunub.

Xəbər lenti

Xəbər lenti