...

Azərbaycan və İran elektrik enerjisinin ötürülmə gücünü təxminən üç dəfə artıracaq – nazir Pərviz Fattah

Energetika Materials 17 İyun 2008 12:35 (UTC +04:00)
Azərbaycan  və İran elektrik enerjisinin ötürülmə gücünü təxminən üç dəfə artıracaq – nazir Pərviz Fattah

Azərbaycan, Bakı, 17 iyun / Trend , müxbir E.İsmayılov/ İran iri elektrik ötürücü xətti istismara verməyə hazırlaşır. Bu, Azərbaycanla elektrik enerjisinin ötürülmə gücünü hazırkı 250 mVt-dan 700 mVt-a qədər artırmağa imkan verəcək. Bu barədə çərşənbə axşamı Bakıda İranın energetika naziri Pərviz Fattah bildirib.

"Bizim Azərbaycanla elektrik enerjisi sahəsində yaxşı münasibətlərimiz var", - deyə Fəttah bildirib.

Azərbaycan Naxçıvan Muxtar Respublikasını (NAR) təmin etmək üçün İrandan elektrik enerjisi alır. Azərbaycan İrandan elektrik enerjisini qış aylarında alır, yayda isə qaytarır. Sazişə əsasən, Azərbaycan il ərzində borcu tam ödəyə bilmədiyi təqdirdə, qalan borcu pul ilə qaytarmalıdır. Borcun ödənilməsi 11 faiz əlavə dəyərlə reallaşdırılır. Bu, İrana elektrik enerjisinin ötürülməsi zamanı baş verən itkilərə görə kompensasiya sayılır.

"Biz uzun illər Naxçıvanın elektrik enerjisinə olan tələbatını ödəmişik və əgər zərurət yaranarsa, Naxçıvanın həm qaza, həm də elektrik enerjisinə olan tələbatını təmin etməyə hazırıq", - deyə Fəttah bildirib.

Xəbər lenti

Xəbər lenti