...

"Qazprom" Azərbaycandan qazın alınması üzrə razılaşmanın əldə olunmasını "mümkün" hesab edir

Energetika Materials 27 İyun 2008 14:42 (UTC +04:00)
"Qazprom" Azərbaycandan qazın alınması üzrə razılaşmanın əldə olunmasını "mümkün" hesab edir

Azərbaycan, Bakı, 27 iyun/ Trend / "Qazprom" Azərbaycandan qazın alınması üzrə razılaşmanın əldə olunmasını mümkün hesab edir, - "Qazprom" səhmdarlarının illik iclasında çıxış edən böyük qaz monopoliyası idarəsinin katibi Aleksey Miller deyib.

"Biz qazın alınması ilə bağlı Azərbaycanda danışıqlar aparmışıq. Qaz nəqliyyatının mövcud infrastrukturunu və bazar qiymətləri üzrə qaz almağa hazır olmağımızı nəzərə alaraq, biz Azərbaycanla razılığın əldə olunmasını kifayət qədər mümkün hesab edirik", - Miller deyib.

Azərbaycan qazının üzunmüddətli müqavilə əsasında bazar qiymətlərinə alınması təklifi bu ilin iyun ayının əvvəlində "Qazprom" nümayəndə heyətinin Azərbaycana səfəri zamanı Millerin Azərbaycan Respublikası prezidenti İlham Əliyevlə görüşündə bildirilib.

Miller enerji sahəsində "Qazprom" və Azərbaycan arsında qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsində marağlı olduğunun qeyd edib.

2008-cildə Azərbaycanda qaz hasilatı 15 milyard kubmetri ötüb keçəcək. ARDNŞ öz daxili vəsaitləri hesabına 8 milyard, "Şahdəniz" müqavilə sahəsində isə xarici tərəfdaşlar 7,7 milyard kubmetr qaz hasil edəcək. Qaz Cənubi-Qafqaz qaz boru kəməri vasitəsilə ixrac edilir. "Şahdəniz" yatağından yanacaq alıcısı kimi Azərbaycan, Gürcüstan və Türkiyə çıxış edir.

Millerin səhmdarların iclasında bildirdiyinə görə, "Qazprom"un yeni iş keyfiyyəti öz hasilatının artırılması ilə bərabər, şirkətin balansına digər istehsalçıların hasil etdiyi qazın daha fəal cəlb edilməsi ilə bağlıdır.

" "Qazprom" təkcə təbii qazın böyük istehsalçısı kimi deyil, həm də qaz alıqı-satqısı üzrə beynəlxalq oyunçudur. Son illər biz müvəffəqiyyətlə "Qazprom" üçün bütün mümkün həcmli qazın alınması üzrə Türkmənistanla, Özbəkistanla və Qazaxstanla əməkdaşlıq edirik. Bu təchizatın logistikasının optimallaşdırılmasına imkan verir", - Miller bildirb.

Millerin sözlərinə görə, "Qazprom" 2007-ci ildə qaz təchizatı üzrə qüvvədə olan bir çox müqavilələrin müddətini uzadıb və bir neçə yeni uzunmüddətli razılaşma bağlayıb.

Miller işin Avropa qiymətlərinə keçirilməsi zərurətini də qeyd edib.

" "Qazprom"un 2007-ci ildə qaz satışı üzrə ümumi həcmi 576,4 milyard kubmetr təşkil edib. Ötən il uzaq xarici ölkələrə edilən qaz ixracından əldə olunan valyuta gəliri 39,5 milyard dollar təşkil edib.

Qazın ixrac qiymətlərinin artmasını nəzərə alaraq, bu il gəlirin 64 milyard dollar olması proqnozlaşdırılır", - Miller deyib.

Xəbər lenti

Xəbər lenti