...

Dünyanın enerji tələbatı 2030 -cu ilədək 50 faiz artacaq

Energetika Materials 28 İyun 2008 12:29 (UTC +04:00)
Dünyanın enerji tələbatı 2030 -cu ilədək 50 faiz artacaq

Azərbaycan, Bakı, 28 iyun / Trend , müxbir A.Bədəlova/ EIA-nın proqnozlarına görə, dünyanın enerji tələbatı 2005-ci ildən 2030-cu ilədək olan dövrdə, sürətli iqtisadi artım və inkişaf etmiş ölkələrdə əhalinin sayının artması ilə bağlı, 50 faiz artacaq. Bu barədə EIA-nın "International Energy Outlook 2008" məruzəsində bildirilir.

Dünya üzrə tələbatın ümumi həcmi 2015-ci ildə 2005-ci ildəki 462 min triliyon Britaniya istilik vahidindən (btu) 563 min triliyon btu-dək artacaq. 2030-cu ildə dünyanın enerji tələbatı 694,7 min triliyon btu olacaq.

Bu dövr ərzində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (İƏİT) daxil olmayan ölkələrdə enerjiyə olan ümumi tələbat 85 faiz, İƏİT ölkələrində 19 faiz artacaq.

Proqnoza əsasən, İƏİT ölkələrində enerji tələbatı 2010-cu ildə 249,7 min triliyon btu, 2015-ci ildə 260,5 min triliyon btu, 2020-ci ildə 269 min triliyon btu, 2025-ci ildə 277,6 min triliyon btu, 2030-cu ildə 285,9 min triliyon btu təşkil edəcək.

İƏİT-ə daxil olmayan ölkələrdə 2010-cu ildə 262,8 min triliyon btu, 2015-ci ildə 302,5 min triliyon btu, 2020-ci ildə 339,4 min triliyon btu, 2025-ci ildə 374,2 min triliyon btu, 2030-cu ildə 408,8 min triliyon btu enerjiyə tələbat olacaq.

Dünyanın qaza olan tələbatı 2030-cu ildə 2005-ci ilin 104 trln. kub futdan 158 trln. kub futa çatacaq. Bu dövr ərzində dünya üzrə qaz istehsalı artımının 90 faizdən çoxu İƏİT ölkələrinin payına düşəcək. Bu ölkələrin 2030-cu ildə qaza ehtiyacı 65,9 trln. kub fut olacaq. İƏİT-ə daxil olmayan ölkələrdə qaz tələbatı 2030-cu ildə 92,1 trln. kub fut təşkil edəcək.

Qeyri-ənənəvi resursların dünya üzrə istehsalı 2030 -cu ildə 2005-ci ilin sutkada 2,5 mln. barelindən sutkada 9,7 mln. barelə qədər artacaq. 2030 - cu ildəABŞ -da bioyanacaq istehsalı sutkada 1,2 mln. barelə çatacaq ki, bu da göstərilən tarixə qədər dünya üzrə bioyanacaq istehsalı artımının yarısını təşkil eddəcək.

Proqnozlara görə, neftin dünya qiymətləri 2015-ci ilədək bir barelə görə 70 dollara düşəcək, 2030-cu ildə bir barel üçün 113 dollara qədər artacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti