...

Yanvar-iyulda Azərbaycanda sürtgü yağları istehsalı artıb

Energetika Materials 15 Avqust 2008 16:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 avqust/ Trend / Azərbaycan Dövlət Neft Şirkətinin tərkibinə daxil olan Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu (keçmiş Azerneftyanacaq) və Azerneftyag yanvar-iyulda təxminən 3,6 mln. ton neft emal edib. Bu müəssisələrdə neft məhsullarının emalı, ötən illə müqayisədə, 3,2 faiz artıb.

Azərbaycanın Dövlət Statistika Komitəsindən bildiriblər ki, avtomobil benzini istehsalı, ötən ilin analoji dövrü ilə müqayisədə, 11,9 faiz, dizel yanacağı 12,2 faiz, bitum 16,3 faiz, sürtgü yağları 6,8 faiz artıb. Yanvar-iyulda kerosin, mazut və nafta istehsalı azalıb.

2008 - ci ildə Azərbaycanda neft məhsullarının istehsalı:

Min ton 2008-ci ilin yanvar-iyulu 2007-ci ilin yanvar-iyulu ilə müqayisədə, %
Avtomobil benzini 709,2 111,9
Kerosin 442,6 95
Yanacaq mazutu 740,6 46,7
Dizel yanacağı 1389,4 112,2
Neft bitumu 107,3 116,3
Sürtgü yağları 33,2 106,8
Nafta 175,6 53,1
Xəbər lenti

Xəbər lenti