...

Azərbaycanda magistral boru kəmərləri ilə qaz nəqli artıb

Energetika Materials 16 Avqust 2008 12:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 avqust/ Trend / Dövlət Statistika Komitəsinin məlumatına əsasən, yanvar-iyulda Azərbaycanın nəqliyyat sektoru tərəfindən 105,5 mln. ton müxtəlif yük daşınıb ki, bu da 2007-ci ilin yanvar-iyul göstəricisindən 13,1 faiz çoxdur.

Daşınmış yüklərin ümumi həcminin 69 faizi özəl sektorun payına düşüb. Yanvar-iyulda daşınmış yüklərin 45,1 faizi avtomobil nəqliyyatı, 33,1 faizi boru kəmərləri, 15,5 faizi dəmir yolu, 6,3 faizi isə dəniz nəqliyyatının payına düşüb.

Yanvar-iyulda sərnişin nəqliyyatı tərəfindən 688,8 mln. nəfər daşınıb ki, bu da 2007-ci ilin yanvar-iyulundan 7,2 faiz çoxdur. Sərnişin daşınmalarının 82,5 faizi özəl sektorun payına düşür. Sərnişinlərin əsas hissəsi avtomobil nəqliyyatı (82,6 faiz) və metro (16,8 faiz) ilə daşınıb.

Dəmir yolu nəqliyyatı 16,4 mln. ton müxtəlif yük daşıyıb ki, bu da təxminən 2007-ci ilin yanvar-iyulu üzrə göstəricisinə bərabərdir.

Dəniz nəqliyyatı 6,6 mln. ton müxtəlif yük daşıyıb. Bu, 2007-ci ilin yanvar-iyul göstəricisindən 14,5 faiz çoxdur. Daşınan yüklərin 64,5 faizi neft və neft məhsulları, qalan hissəsi - 35,5 faizi isə quru yüklərin payına düşür. Daşınmış yüklərin bütün həcmi beynəlxalq əməliyyatların payına düşür.

Yanvar-iyulda Azərbaycanın limanlarında emal edilmiş yük həcmi 3,4 mln. ton təşkil edib. Bu 2007-ci ilin yanvar-iyul göstəricisindən 12,4 faiz çoxdur.

Avtomobil nəqliyyatı 47,5 mln. ton - 2007-ci ilin yanvar-iyul göstəricisindən 7,1 faiz çox yük daşıyıb. Sərnişin daşınmalarının həcmi 569,1 mln. nəfər olub (6,1 faiz artıb). Sərnişinlərin 96,6 faizi avtobuslar, 3,4 faizi minik avtomobilləri ilə daşınıb.

Metropoliten tərəfindən sərnişin daşınmalarının həcmi 115,4 mln. nəfər olub və 14 faiz artıb.

Hava nəqliyyatı ilə sərnişin daşınmaları 10,9 faiz azalıb və 754,4 min nəfər olub. Bu növ sərnişin daşınmalarının 6,6 faizi qeyri-dövlət sektorunun payına düşür.

Magistral neft kəmərləri ilə 28,7 mln. ton neft nəql edilib. Bunun dörddə üçü Bakı-Tbilisi-Ceyhan boru kəmərinin payına düşür. 2008-ci ilin yanvar-iyulu ərzində Bakıdan 21,8 mln. ton neft göndərilib. Magistral neft kəmərləri ilə nəql edilmiş ümumi həcm ötən ilin analoji dövrü ilə müqayisədə 25,2 faiz artıb.

Ötən ilin yanvar-iyulunda magistral qaz kəmərləri ilə 6,2 mlrd. kubmetr qaz nəql edilib. Bu göstərici 2007-ci ilin yanvar-iyul göstəricisindən 63,3 faiz çoxdur. Cənubi Qafqaz qaz kəməri ilə 2,7 mlrd. kubmetr qaz (ümumi həcmin 29 faizi) nəql edilib.

2008-ci ilin yanvar-iyununda Avrasiya nəqliyyat dəhlizi ilə Azərbaycandan ərazisindən 24,3 mln. ton yük daşınıb ki, bu da 2007-ci ilin analoji dövr göstəricisindən 2,3 faiz çoxdur. Bu dəhliz üzrə sərnişin daşınmaları isə 96,7 mln. nəfərə bərabər olub (2007-ci ilin yanvar-iyun göstəricisindən 5,3 faiz çox). Daşınmalardan əldə edilən gəlir 130,8 mln. manat təşkil edib ki, bu da 2007-ci ilin analoji dövr göstəricisindən 11,2 faiz çoxdur.

Xəbər lenti

Xəbər lenti