...

Azərbaycan Dövlət Gömrük Komitəsi yanvar-iyulda neft məhsullarının ixrac həcmini elan edib

Energetika Materials 23 Avqust 2008 13:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 avqust/ Trend / Yanvar-iyulda Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) marketinq və iqtisadi əməliyyatlar idarəsi 9,9 mln. tondan çox neft və 1,3 mln. tondan çox neft məhsulları ixrac edib, - Dövlət Gömrük Komitəsinin məlumatında deyilir.

ARDNŞ öz vəsaitləri hesabına 57-dən çox yataqda neft hasil edir. Neft məhsulları Bakının iki neft emalı zavodunda, ildə 20 mln. ton yuvarlaqlaşdırılmış emal gücü ilə istehsal edilir. ARDNŞ nefti Bakı -Tbilisi - Ceyhan və Bakı - Novorossiysk boru kəmərləri vasitəsilə satır.

Gömrük Komitəsinin məlumatlarına əsasən, yanvar-iyulda QKSSS MMC Azərbaycandan təxminən 98 min ton, "Azneftyağ"64 minə yaxın, "Sumqayıt Aşkarlar"ASC  28,6 min tona yaxın neft məhsulu ixrac edib.

Xəbər lenti

Xəbər lenti