Azərbaycan, Bakı, 25 avqust/ Trend müxbir E.İsmayılov/ Gürcüstanda Qori şəhəri yaxınlığında bazar günü çox sayda sisternin partlaması nəticəsində zədələnmiş dəmir yolu sahəsinin təmiri başa çatır, - bazar ertəsi Azərbaycan Dövlət Dəmir Yolundan (ADDY) bildiriblər. Azərbaycan Gürcüstanın Qara dəniz limanlarına şəxsi neft və neft məhsullarını, həmçinin, Mərkəzi Asiyadan gətirilən tranzit yükləri nəql edir.
"Hazırda yolun partlayış vaxtı zədələnmiş sahəsinin bərpası üzrə işlər görülür. İşlər tez bir vaxtda başa çatmalıdır", - ADDY-dan bildiriblər.
Partlayış vaxtı Batumiyə gedən tranzit qazax nefti ilə yüklənmiş iki sistern partlayıb, 12 sistern müxtəlif növ zədə alıb, 20 sistern qatardan ayrılıb və zədə almayıb (qatar 34 sisterndən ibarət olub).
Partlayış bazar günü Skra hərbi bazasında baş verib. Rusiya hərbçiləri üç gün əvvəl bazadan çıxarkən onu minalayıblar. Bazada baş verən partlayış nəticəsində qəlpələr yaxınlıqda dayanan qatara dəyib. Rusiya hərbçiləri Qrakali kəndində körpünü partlatdıqdan sonra qatar məcburi surətdə dayandırılmışdı. Qrakali kəndi yaxınlığında körpünün partladılması nəticəsində, Qərbi və Şərqi Gürcüstan arasında dəmir yolu əlaqəsi kəsilib.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: cap