...

Gürcüstanın Poti Qara dəniz limanı işinin normallaşdırıldığını bəyan edib

Energetika Materials 27 Avqust 2008 15:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 avqust/ Trend , müxbir E.İsmayılov/ Avtomobil və dəmir yolu əlaqəsinin normallaşması Gürcüstanın Poti Qara dəniz limanında neft terminallarının fəaliyyətini bərpa etməyə imkan verib,- limanın Marketinq və İnvestisiya Departamentinin rəhbəri Zviad Çxartişvili çərşənbə günü elektron poçtla Trend -a bildirib.

"Neft və neft məhsulları üçün terminallar yenidən açılıb, avtomobil və dəmir yolu əlaqəsi yubanmadan həyata keçirilir", - Çxartişvili bildirib.

Liman 24 saatlıq iş rejimində çalışır, gəmilər məhdudiyyətsiz yüklənir,- Çxartişvili əlavə edib.

Bir müddət əvvəl Gürcüstanın Kaspi şəhəri yaxınlığında yerləşən körpünün partladılması nəticəsində, xüsusilə də Azərbaycan və Mərkəzi Asiyadan dəmir yolu ilə Gürcüstanın Qara dəniz limanlarına neft və neft məhsulları, quru yüklərin göndərilməsi dayandırılıb. Bu körpüdə təmir işləri aparılır. İşlər təxminən 10 günə başa çatacaq.

Dünən alternativ dəmir yolu əlaqəsi üzrə bu istiqamətdə dəmir yolu ilə hərəkət bərpa edilib. Əvvəllər təmir edilən körpüdan buraxılan qatarların sayının və sürətinin məhdud olması yük- daşımaları həcmini əvvəlki səviyyəyə çatdırmağa imkan vermir.

Gürcüstanın Qara dəniz sahilində yerləşən Poti limanı, əsasən, Azərbaycan ərazisindən tranzitlə Xəzərin Şərq sahilindən göndərilən şəffaf neft məhsullarının aşırılması ilə məşğul olur. Neft terminalının gücü 3 mln. tona çatır.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti