...

Azərbaycan neftinin qiyməti: 25-29 avqust həftəsinin yekunları

Energetika Materials 1 Sentyabr 2008 19:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 sentyabr / Trend , müxbir A.Bədəlova/ 25-29 avqust həftəsində Azərbaycanın Türkiyənin Ceyhan və Gürcüstanın Batumi limanından satdığı AZERI LT (CIF) neftinin orta qiyməti $115,39/barr. təşkil edib.

25-29 avqust həftəsində AZERI LT neftinin maksimal qiyməti $116,36/barr, minimal qiyməti isə $113,73/barr təşkil edib. Azeri Light neftinin APİ üzrə sıxlığı 34,6 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,14%-dir.

25-29 avqust həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) neftinin orta qiyməti $110,51/barr təşkil edib.

Qeyd olunan həftədə URALS neftinin maksimal qiyməti $111,22/barr, minimal qiymət isə $108,99/barr təşkil edib.

URALS neftinin sıxlığı APİ üzrə 32 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 1,3%-dir. Lakin satış zamanı bu neft növünün spesifikasiyası müxtəlif vaxtlarda tərkibində daha çox (daha az) dominantlıq edən keyfiyyətli neft növlərindən asılı olaraq dəyişir.

25-29 avqust həftəsində Brent Dated neftinin orta qiyməti $112,68/barr təşkil edib.

Ötən həftə Brent neftinin maksimal qiyməti $113,55/barr, minimal qiymət isə $110,99/barr təşkil edib.

Brent Dated neftinin sıxlığı APİ üzrə 38,3 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,36%-dir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti