Azərbaycan, Bakı, 06 sentyabr/ Trend / Yanvar-avqustda Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda (keçmiş "Azneftyanacaq") təxminən 119 min ton butan-butilen fraksiyası istehsal edilib. Ötən ilin analoji dövründə isə, istehsal həcmi 97 min ton olub, -Azərbaycan Dövlət Neft Şirkətindən bildiriblər.
2007- ci ildə ümumilikdə 145 min ton butan - butilen fraksiyası istehsal edilib. 2006 - cı ildə butan-butilen fraksiyasının istehsal həcmi 148,22 min ton, 2005 - ci ildə 129,62 min ton olub.
2006 -2007 - ci illərdə olduğu kimi, 2008 - ci ilin yanvar- avqustunda bu müəssisədə propan-propilen fraksiyası istehsal edilməyib. 2005 - ci ildə propan - propilen fraksiyasının istehsal həcmi 3,02 min ton olub.